Rusiya sülhməramlıları Xankəndinin şimal ətrafını minalardan təmizləyib
Rusiyalı mühəndis birləşmələri Dağlıq Qarabağda 280 hektardan çox ərazini minalardan təmizləyib və 9 mindən çox partlayıcı qurğunu zərərsizləşdirib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayır. Əməliyyat zamanı 280 hektardan çox ərazi, 107 kilometrə yaxın yol, 452 yaşayış binası təmizlənib. 9 mindən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib”, - məlumatda belə deyilir.
Məlumatda qeyd olunur ki, “Rusiya sülhməramlıları minaların təmizlənməsində dağlıq ərazilərdə və hava şəraitinin pisləşməsi zamanı minalardan təmizləmə işini yüksək sürətlə həyata keçirməyə imkan verən müasir robot texnikalarından istifadə edirlər”.
Facebook-da paylaş