İsrail parlamenti buraxılıb

 

İsraildə cari il üçün dövlət büdcəsinin təsdiqlənməsi müddəti bitdiyindən parlament rəsmi olaraq buraxılıb. Ölkə 23 martda keçiriləcək yeni seçkilərə hazırlaşır.

“Biz yenidən seçkilərə gedirik. Bizi çətin bir dövr gözləyir. 23-cü çağırış Knessetin qapıları bağlanır”, - deyə Knessetin son plenar iclasında spiker Yariv Levin bildirib.

Mövcud qanunvericiliyə uyğun olaraq, Benyamin Netanyahu yeni kabinetin andiçmə mərasiminə qədər baş nazir vəzifəsini icra edəcək. Növbəti seçkilər – iki ildə dördüncü – 2021-ci il martın 23-də olacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}