Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərə müraciət etdi
Rezidenturanı bitirən şəxslərə təyinat vaxtı ilə bağlı müraciət edilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək”, - deyə qeyd edilib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş