Azərbaycanda oğlu cəbhədə olan məmur koronavirusdan vəfat etdi
1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.
Şəffaflıq.az "Report"-a istinadən məlumat verir ki, F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.
F.Qasımzadənin həyat yoldaşının vəziyyətinin kritik olduğu deyilir.
Mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.
F.Qasımzadə uzun müddət Bakının Səbayel rayon Məşğulluq Xidmətinin rəhbəri olub, bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin edilib.
Xəbəri paylaş
Facebook-da paylaş