“Qırmızı kitab”a daxil olan Xəzər suitilərinin kütləvi ölümü qeydə alınıb

 

Rusiyanın Kaspiysk və Mahaçqala şəhərlərinin sahillərində adı “Qırmızı kitab”a daxil edilmiş 272 Xəzər suitisinin cəsədi tapılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Mütəxəssislər yoxlamalar zamanı dörd gün ərzində sözügedən sayda heyvanın cəsədini aşkarlayıb.

Rusiyanın Ekologiya Nazirliyi və Baş prokurorluğu araşdırmalara başlayıb. Nadir heyvan sayılan Xəzər suitisinin kütləvi ölümünün səbəbi bəlli olmasa da, ilkin ehtimal kimi hər hansı virus infeksiyasından şübhələnilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}