Dollarla bağlı şok proqnoz: Qiymətdən düşəcək

 COVID-19 epidemiyasının artması ilə çətin bir qış keçsə də, yüksək səmərəliliyi olan müxtəlif peyvəndlərin istehsalı və paylanması dolların məzənnəsini aşağı sala bilər.
Şəffaflıq.az xəbər verir ki, dünyanın aparıcı maliyyə qurumları dolların 2021-ci ildə 20 faiz nisbətində dəyərdən düşəcəyini proqnozlaşdırır.
Çin, Rusiya, Avropa və ABŞ-dan mütəmadi gələn müsbət peyvənd açıqlamaları virusun 2021-ci ildə qorxulu həddə yayılmayacağı ilə bağlı gözləntiləri və iqtisadi bərpa inancını da gücləndirir.
ABŞ maliyyə qurumu “Citibank”ın analitiklərinin apardığı araşdırmaya görə, həm peyvəndləmə, həm də sərbəst pul siyasəti nəticəsində dollar gələn il 20 faiz nisbətində düşə bilər: “Tətbiq oluna bilən və geniş yayılmış peyvəndlərin bazara daxil olacağını gözləyirik. Bunun ABŞ dollarındakı struktur eniş tendensiyasının daha da aşağı çəkəcəyini təxmin edirik. Belə bir vəziyyətdə dolların 2021-ci ildə 20 faiz nisbətində itki ilə üzləşməsi mümkündür”.
ABŞ-ın investisiya bankı “Morgan Stanley” də peyvəndlə birlikdə dolların məzənnəsinin aşağı düşəcəyini proqnozlaşdırır. Bankın analitikləri iqtisadi canlanmaya etibar etməyi və dollar almağı məsləhət görür. 2021-ci ilə yaxınlaşdıqca dollar üçün "sat", səhmlər və korporativ istiqrazlar üçün "al" məsləhətini verən bank analitikləri mövcud vəziyyətdən rahat bir çıxış gözləmirlər. Bank dollar indeksinin 2021-ci ilin sonunda 4 faiz azalacağını proqnozlaşdırır.
İsveçrə bankı “UBS”nin analizinə görə, qlobal iqtisadiyyatda yaxşılaşma və aşağı real faiz dərəcələri ilə dollar 2021-ci ildə zəifləyəcək. "Düşünürük ki, zəif dollar üçün mövqe tutarkən investorlar inkişaf etmiş ölkələrin (G10) valyutaları, bəzi inkişaf etməkdə olan bazarlar və qızıl arasında riski bölüşdürməlidirlər".
Təhlildə mart ayından bəri 10 faiz azalmış dollar indeksinin 2021-ci ildə yenidən zəifləyəcəyi proqnozlaşdırılır.
Eyni zamanda ABŞ-ın yüksək maliyyə kəsirlərinin davam edəcəyi, özəl sektorda qənaətlərin azalacağı və dolların güvənli liman valyutası olaraq cəlbediciliyinin azalacağı təxmin edilir. Bununla yanaşı, investorların yüksək gəlir üçün xaricə getməsinin də dolları zəiflətdiyi bildirilir.Teleqraf.com

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}