Qırğızıstan parlamenti prezidenti impiçment edir

 

Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb. 


Şəffaflıq.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə parlamentdə təmsil olunan müxalif “Ata Meken” partiyasının deputatı Kanıbek İmanəliyev məlumat verib.

“Bir qrup parlamentari impiçment sənədini imzaladılar. İmpiçment çox mürəkkəb bir prosedurdur, amma bunu başlatdığımızı deyə bilərik”, - K. İmanəliyev qeyd edib.

Qeyd edək ki, Qırğızıstanda Prezidentin vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan qanun layihəsini parlament üzvlərinin üçdə biri imzalamalıdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}