Erməniləri məhv edən İsrailin "HAROP" kamikadze PUA'ları nəyə qadirdir?

 HAROP PUA'sı:
- İsrail istehsalı Pilotsuz Uçan Aparatdır və "gəzən sursatdır"
- Anti-radiasiya kateqoriyalı drondur. Yəni hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur.
- Əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır: Hədəfi özünü hədəfə vurmaqla məhv edir.
- Dron həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, həm də yerüstü idarəetmə mərkəzindən idarə olunur.
- Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır.
- Şəffaflıq.az techland.az-a istinadən bildirir ki, dron dizayn olunarkən radar ölçüsünün - RCS-nin (Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər: Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.
- Harop ilk dəfə hərbi əməliyyatlara "4 günlük müharibə" zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girdi. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixində ilk dəfə "gəzən sursatdan" istifadə kimi düşdü.
Xarakteristikaları:
Ekipaj: 0
Uzunluq: 2.5 metr
Qanad ölçüsü: 3 metr
Məsafə: 1000 kilometr
Sürət: 185 kilometr/saat
Havada qalma müddəti: 6 saat
Ümumi çəkisi: 135 kiloqram
Döyüş başlığı: 23 kiloqram

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}