Lukaşenko onu istefaya çağıran Makrona cavab verdi: “Get evindəki problemini həll elə”



Belarus prezidenti Aleksandr Lukaşenko onu xalqın etirazlarına görə istefaya dəvət edən fransalı həmkarı Emmanuel Makrona cavab verib.

Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, Belarus liderinin cavabı rəsmi “BelTA” agentliyində yayımlanıb.

Belarus dövlət başçısı Emmanuel Makrona Fransada iki ildən çoxdur ki, davam edən “sarı jiletlilər”in çoxminlik aksiyalarını, habelə Marsel, Lion kimi şəhərlərdə müsəlman əhalinin nümayişlərini, o cümlədən qaradərili insanların hüquqlarını qoruyan “Black Lives Matter” (“Qara həyatlar vacibdir”-red.) hərəkatının mitinqlərini xatırladıb. “Əgər bu məntiqlə yanaşılsa, Fransa prezidentinin özü çoxdan vəzifəsindən getməli idi”,-deyə Aleksandr Lukaşenkonun bəyanatında deyilir.

Bundan başqa, A.Lukaşenko E.Makrona öz ölkəsinin daxili problemləri ilə məşğul olmağı, Belarusda keçirilən son prezident seçkilərində parlayan “qadın namizədə” (Svetlana Tixanovskaya nəzərdə tutulur) “həddən artıq diqqət göstərməməyi” məsləhət görüb.

“Bununla siz öz evinizdə də özünüzə preoblem yarada bilərsiniz”,-deyə Belarus rəhbəri Emmanuel Makronun xanımına işarə vuraraq ona sataşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}