NASA ABŞ iqtisadiyyatına verdiyi xeyiri açıqladı - yüzlərlə elmi ixtira, milyardarla dollarlıq gəlir


 

ABŞ Milli aeronavtika və kosmik məkanın araşdırılması idarəsi (NASA) 2019-cu ildə ölkə iqtisadiyyatına verdiyi xeyiri açıqlayıb.

“Amerikanın səsi” radiosunun məlumatına görə həmin il NASA Birləşmiş Ştatların büdcəsni 64 milyard dollar zənginləşdirib.

NASA-nın fəaliyyəti nəticəsində ABŞ-da 312 min iş yeri aktiv funksiyasını qoruyub saxlayıb. Bundan başqa federal qurum ölkə büdcəsinə federal, ştat və hətta bələdiyyə səviyyəsində 7 milyard dollardan çox vergi ödəyib.

NASA rəhbərliyi bu rəqəmləri Amerika üçün nə dərəcədə dəyərli bir təşkilat olduqlarını göstərmək üçün yaydıqlarını açıqlayıblar.

Agentliyin direktoru Cim Braydenstayn rəhbərlik etdiyi təşkilatın xərclərinin qarşılanmsı üçün hər il federal büdcədən yarım faiz ayrıldığını bildirib. Onun sözlərinə görə NASA-nın əldə etdiyi elmi kəşflər, ən yeni texnologiyaların ixtirası ABŞ iqtisadiyyatının daha da möhkəmləndirilməsinə ciddi töhfə verir.

Rəsmi məlumatlara əsasən, 1976-cı ildən bu yana NASA 2 mindən çox yeni texnologiya yaradıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}