Karantin rejimi geri qayıdır: Dünyada yeni rekord qeydə alındı


 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikaları müxtəlif ölkələrdə koronavirusla bağlı yenidən həyəcan təbili çalmağa səbəb olub.

Şəffaflıq.az xəbər verir ki, dünya üzrə COVID-19-a yoluxanların sayı 30 milyona çatır.

Yoluxanların sayına görə ABŞ və Braziliya hələ də liderliyini davam etdirir. Hindistan isə bu ölkələrin ardınca qərarlaşır.

Koronavirusa yoluxanların sayının kütləvi olması İsraildə karantin rejiminin yenidən tətbiq edilməsi ilə nəticələnib. Avropada getdikcə COVID-19 virusunun daşıyıcıları artmaqdadır.

Həm Şimali, həm də Cənubi Amerika yoluxma sayına görə mütləq rekordçudur: ÜST-ün açıqlamalarına görə, iki qitədə 14,7 milyondan çox insanın yoluxma faktı qeydə alınıb.

Pandemiya ölkələri sərbəst və rahat addımlar atmağa imkan vermir. COVID-19-la bağlı Asiyada da çətin vəziyyət hökm sürür: Çin, Yaponiya, Honq Konq və Cənubi Koreyada yoluxanların sayında artım müşahidə olunur.

Bütün ölkələrə rəğmən təkcə İsrail ikinci dəfə karantini sərtləşdirmə, daha doğrusu, yoluxma sayına görə sərtləşdirmə tətbiq edir. İsraildə xüsusi məktəblər istisna olmaqla, bütün təhsil ocaqları bağlıdır. Restoranlar, ticarət mərkəzləri, əyləncə müəssisələri xidmətini dayandırıb. Gəzinti yalnız evin yaxınlığında - beş yüz metrdən çox olmayan ərazidə icazəlidir.

Koronavirusla bağlı Avropa ölkələrində də vəziyyət acınacaqlıdır. Fransada 12 sentyabrda gündəlik rekord yoluxma baş verib - 10,5 min nəfər. Fransa Baş naziri Jan Kasteks açıq şəkildə pisləşmə olduğunu bildirib və vəziyyətin bir neçə ay davam edəcəyini söyləyib.

İngiltərədə isə bazar ertəsindən bəri altı nəfərdən çox insanın toplaşması qadağan edilib. Bu, may ayının sonundan bəri yoluxma sayında əhəmiyyətli dərəcədə artımla əlaqədardır.

Xüsusi karantin rejimi Avstriyada da tətbiq olunub. Buna səbəb ölkədə epidemiyanın ikinci dalğasının başlamasıdır. Hökumət başçısı ictimai yerlərdə məcburi maskalar barədə xəbərdarlıq edib.

İspaniya Avropada yarım milyonluq yoluxma rekordunu qıran ilk ölkə olub. İyulun ortalarından bəri yoluxma artmaqdadır. 10 sentyabrda ölkədə COVID-19-a yoluxma on min nəfəri keçib.

Belçika rəhbərliyi Çex Respublikasının paytaxtı Praqa şəhərini epidemioloji baxımdan təhlükəli bölgələrin "qırmızı qrupu"na daxil edib. Praqadan qayıtdıqdan sonra vətəndaşlar iki həftəlik ev karantinində qalmalı olurlar. Onlar yalnız COVID-19 üçün mənfi test nəticəsi təqdim edildikdən sonra bundan azad olurlar. Almaniya da 10 sentyabrdan etibarən Praqanı epidemioloji baxımdan təhlükəli bölgə olaraq qəbul etməyə başlayıb. 
шаблоны для dle 11.2


Facebook-da paylaş