Minskdə növbəti etiraz aksiyası: 400-ə yaxın saxlanılan var

 

Bazar günü Belarusun paytaxtı Minskdə keçirilən etiraz aksiyalarında artıq 400 nəfərə yaxın insan saxlanılıb. 

Şəffaflıq.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

"Saat 19:00-dan etibarən ölkədə etiraz aksiyaları, Minsk istisna olmaqla, demək olar ki, hər yerdə başa çatıb. 


Yüzlərlə şəxs saxlanılıb. Paytaxtın müxtəlif bölgələrində 400-dən çox insan nəzarətə alınıb", - DİN-in məlumatında bildirilir.

Bildirilir ki, müxalifət tərəfdarlarının etiraz aksiyası keçirdiyi Minsk mərkəzində əvvəllər bağlanmış metro stansiyaların giriş və çıxışı açıq olub.

Bundan əlavə, şəhərdə mobil internet bərpa edilib.


шаблоны для dle 11.2


Facebook-da paylaş