ABŞ tankları Belarus sərhədində

 

Belarus sərhədinə ABŞ-ın tank taboru yerləşdirilib.


Şəffaflıq.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarusun Müdafiə naziri Viktor Xrenin deyib.

O bildirib ki, Belarus sərhədinin 15 kilometrliyində yerləşən Litva poliqonunda NATO əməliyyatı başlayıb: “ABŞ-ın 69-cu tank alayının 2-ci tank taboru bizim dövlət sərhədimizin 15 kilometrliyindədir. Bu qədər yaxınlıqda 500 əsgər, 29 tank və 43 “Bradlet” zirehli maşınının cəmləşməsi bizi narahat etməyə bilməz”.

O, həmçinin Belarus sərhədi yaxınlığında B-52 bombardmançısının uçuşundan da harahat olduqlarını qeyd edib.

Qeyd edək ki, ötən həftə ABŞ Litva ilə birgə təlim keçiriləcəyini, tankların isə Polşadan göndəriləcəyini açıqlamışdı. Bu təlimlərin 3-cü ölkəyə, o cümlədən Belarusa qarşı olmadığı da xüsusi vurğulanmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}