Millətlər Liqasında II tura yekun vuruldu


 

Bu gün UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib. 


Şəffaflıq.az-ın məlumatına görə, A, C və D liqasında baş tutan matçlardan sonra II tura yekun vurulub.

A Liqasının 2-ci qrupunda Belçika evdə İslandiyanı darmadağın edib. İngiltərə səfərdə Danimarkanın müqavimətini qıra bilməyib.

3-cü qrupda Fransa doğma meydanda Xorvatiya üzərində qələbə qazanıb. Portuqaliya isə səfərdə İsveçdən üstün olub.

C liqasında Azərbaycan Nikosiyada Kiprə qalib gəlib.

D liqasının yeganə görüşündə isə San Marino evdə Lixtenşteynu uduzub.

8 sentyabr

UEFA Millətlər Liqası, II tur

A liqası

2-ci qrup

22:45. Belçika – İslandiya - 5:1


Qollar: Aksel Vitsel, 13, Mişi Batşuayi, 17, 69, Dris Mertens, 50, Jeremi Doku, 80 - Holmbert Fridyonsson, 11

22:45. Danimarka – İngiltərə - 0:0

Xal durumu: Belçika - 6, İngiltərə - 4, Danimarka - 1, İslandiya - 0

3-cü qrup

22:45. Fransa – Xorvatiya - 4:2

Qollar: Antuan Qrizmann, 43. Antoni Marsyal, 45+1, Dayo Upamekano, 65, Olivye Jiru, 76 (pen.) - Deyan Lovren, 17, Yosip Brekalo, 55

22:45. İsveç – Portuqaliya - 0:2

Qollar: Kriştianu Ronaldu, 45+1, 72

Qırmızı vərəqə: Qustav Svensson (İsveç), 44

Xal durumu: Portuqaliya - 6, Fransa - 6, İsveç - 0, Xorvatiya - 0

C liqası

1-ci qrup

22:45. Kipr – Azərbaycan - 0:1

Qol: Maksim Medvedev, 29

22:45. Lüksemburq – Monteneqro - 0:1

Qol: Fatoş Beçiray, 90+3 (pen.)

Qırmızı vərəqə: Kristofer Martins (Lüksemburq), 85

Xal durumu: Monteneqro - 6, Lüksemburq - 3, Azərbaycan - 3, Kipr - 0

2-ci qrup

18:00. Gürcüstan – Şimali Makedoniya - 1:1

Qollar: Tornike Okriaşvili, 13 (pen.) - Milan Ristovski, 33

Qırmızı vərəqə: Visar Musliu (Şimali Makedoniya), 64

20:00. Ermənistan – Estoniya - 2:0

Qollar: Aleksandr Karapetyan, 43, Anqulo Vbeymar, 65

Xal durumu: Şimali Makedoniya - 4, Gürcüstan - 4, Ermənistan - 3, Estoniya - 0

D liqası

2-ci qrup

22:45. San-Marino - Lixtenşteyn - 0:2

Qollar: Nikolas Hasler, 3, Yanik Frik, 14

Xal durumu: Lixtenşteyn - 3, Cəbəllütariq - 3, San Marino - 0

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}