Ekoloji təmiz "İsmayıllı moruğu" - FOTOLAR

İsmayıllının Diyallı kəndində 9 hektarlıq ərazidə moruq yetişdirilir. Burada böyürtkən və qırmızı qarağat kolları da əkilib.  Bu işlərə mövsümi olaraq 35-ə yaxın işçi cəlb olunub.
Artıq dördüncü ildir yaradılan təsərrüfatda açıq və istixana şəraitində yetişdirilən moruğun yığım prosesi həyata keçirilir. May ayında başlayan yığım dekabrın sonlarınadək davam edir. Bu il 30 ton məhsul götürülməsi planlaşdırılır. İsmayıllıda təbii şəraitdə yetişdirilən məhsul "Gülşah giləmeyvələri" brendi ilə  Azərbaycanın böyük ticarət mərkəzlərində və supermarketlərdə satışa çıxarılır.
Fermerin sözlərinə görə işin effektivliyini artırmaq məqsədilə soyuducu kamera, anbar və suvarma üçün 150 tonluq hovuzun tikintisi nəzərdə tutulur.

Dəyanət.
İsmayıllı
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}