İsmayıllıda “Trashtag” keçirilib.- FOTOLAR

 29 avqust 2020-ci il tarixdə İsmayıllı rayonunun bütün yaşayış məntəqələrinin ərazisində növbəti dəfə “Təmizlik günü” keçirilib. 
Şəffaflıq.az xəbər verir ki, aksiyaya qoşulan  100-ə yaxın gənc könüllü isə İvanovka və Aşıqbayramlı gölünün ətrafında  “Trashtag”  keçiriblər. Gənc könüllülər gölə və gölün ətrafına atılan məişət tullantılarının yığışdırılmasını qarşılarına məqsəd qoyub və buna nail olublar.  Göllərdən və ətraf ərazilərdən ümumilikdə 5 kuba yaxın tullantı yığışdırılaraq texnikaların köməyi ilə ərazidən kənarlaşdırılıb.Qeyd edəki ki, İsmayıllıda ətraf mühiti qorumaq, eləcədə insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir. Rayon gənclərini bu aksiyalarda daha fəal iştiraka dəvət edirik.

Sonda bir daha rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağıraraq bildiririk ki, təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir.


Vahid İsmayılov.
İsmayıllı.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}