İspaniya koronavirusun ikinci dalğasının ən pis həftəsini yeni rekordla bağlayır

 

İspaniyada bu cümə günü koronavirusun ikinci dalğasının ən pis həftəsi qeydə alınıb.

Şəffaflıq.az Azərtac-a istinadən xəbər verir ki, daha çox yoluxma halları Aralıq dənizi sahilində (Kataloniya istisna olmaqla) və Kanar adalarında, eləcə də Madriddə aşkar edilir, eyni zamanda, son iki ayda ən pis dövrləri yaşayan Araqon kimi icmalarda vəziyyətin sabitləşməsi davam edir.

Bu həftənin cümə günü İspaniyada 9779 yoluxma halı qeydə alınıb, nəticədə həftəlik artım 34 minə yaxın olub.

Son 14 gün ərzində bütün İspaniya üzrə yoluxma halları artmaqdadır və artıq 100000 sakinə 190 yoluxma halı təşkil edir. Bu isə Avropa İttifaqında ən yüksək göstəricidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}