İtaliyada koronavirusa görə yenidən karantin rejimi tətbiq edilməyəcək

 

İtaliya hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar yenidən sərt və məhdudlaşdırıcı tədbirlərə əl atmayacaq.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Roberto Speranza yerli “La Stampa” qəzetinə müsahibəsində bildirib.

“Bizdə yeni karantin olmayacaq. Çünki hazırkı vəziyyəti fevral və martdakı fəlakətli situasiya ilə müqayisə etmək olmaz. Mən olduqca nikbin olsam da, çox ehtiyatlıyam. Bizim səhiyyə sistemimiz artıq əvvəlkindən daha hazırlıqlı və güclüdür”, - deyə R.Speranza söyləyib.

Qeyd etmək lazımdır ki, “Reuters” agentliyinin məlumatına görə, hələ dünən İtaliyada 1071 koronavirusa yoluxma halı qeydə alınıb.

Ümumilikdə Appenin yarımadasında “COVİD-19” virusu 35 mindən çox can alıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}