Mədəniyyət Nazirliyinə yeni mətbuat katibi təyin olundu

 

Mədəniyyət Nazirliyinə yeni təyinat olub.

Şəffaflıq.az-ın məlumatına görə, Məryəm Qafarzadə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Məryəm Qafarzadə bundan əvvəl Gənclər və İdman Nazirliyində sektor müdiri olub.

O, eyni zamanda, Avropa Şurasının Anti-Dopinq Konvesiyasına uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri vəzifəsində fəaliyyət göstərir.

Qeyd edək ki, sözügedən vəzifəni bundan əvvəl İntiqam Hümbətov yerinə yetirib. O, bir neçə gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb.
шаблоны для dle 11.2


Facebook-da paylaş