Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.


Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 65 956 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 679 nəfər olub, 997 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 249 309 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5974 nəfər ölüb. Nazir bildirib ki, COVID-19-a yoluxma sayı dünənkindən azdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}