Xanım sürücü 4 nəfərin ölümünə səbəb oldu - VİDEO

Ötən gecə Gürcüstanın Kvemo Poniçala (Soğanlıq) qəsəbəsində ağır yol qəzası törətməkdə ittiham olunan sürücü qadın saxlanılıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Poniçalada baş verən yol qəzasında təqsirləndirilən şəxs 1995-ci il təvəllüdlü P.G.-ni polis bu gün saxlayıb.
İstintaqla müəyyən olunub ki, sözügedən xanım idarə etməni itirərək əvvəlcə yol kənarındakı dirəyə çırpılıb daha sonra isə yolu piyada keçən 7 nəfər ailə üzvünü vurub. Məlumata görə sürücü qadın hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı iki və ya daha çox insanın ölümünə səbəb olma maddəsi ilə Gürcüstan Cinayət Məcəlləsinin 128-ci və 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaq başladılıb.
Saxlanılan qadın sürücünü 6 ildən 10 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, qəza zamanı 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.Publika.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}