Əsas Səhifə > Dünya > Xanım sürücü 4 nəfərin ölümünə səbəb oldu -
Xanım sürücü 4 nəfərin ölümünə səbəb oldu -16-08-2020, 22:42 |
Ötən gecə Gürcüstanın Kvemo Poniçala (Soğanlıq) qəsəbəsində ağır yol qəzası törətməkdə ittiham olunan sürücü qadın saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Poniçalada baş verən yol qəzasında təqsirləndirilən şəxs 1995-ci il təvəllüdlü P.G.-ni polis bu gün saxlayıb. İstintaqla müəyyən olunub ki, sözügedən xanım idarə etməni itirərək əvvəlcə yol kənarındakı dirəyə çırpılıb daha sonra isə yolu piyada keçən 7 nəfər ailə üzvünü vurub. Məlumata görə sürücü qadın hadisə yerindən qaçıb. Hadisə ilə bağlı iki və ya daha çox insanın ölümünə səbəb olma maddəsi ilə Gürcüstan Cinayət Məcəlləsinin 128-ci və 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaq başladılıb. Saxlanılan qadın sürücünü 6 ildən 10 ilədək həbs cəzası gözləyir. Xatırladaq ki, qəza zamanı 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.Publika.az Geri qayıt |