İspaniyada 30 mindən çox əhalisi olan şəhər təcrid olunur

 

İspaniyanın Kastilya-Leon Muxtar Cəmiyyətinin rəhbərliyi yeni növ koronavirusa yoluxanların sayının artması səbəbindən Aranda de Duero şəhərini avqustun 7-dən etibarən təcrid etmək qərarına gəlib.


Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, məhkəmə təqribən 32 min insanın yaşadığı şəhərin təcrid olunması ilə bağlı regional Nazirlər Kabinetinin planını təsdiqləyib. Həmçinin şəhərdə yenidən 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağan edilib, kafe və restoranların fəaliyyətinə, habelə qocalar evlərinə baş çəkməyə məhdudiyyətlər tətbiq olunur.

Qeyd edək ki, İspaniyada 305 mindən çox insan koronavirusa yoluxub, təxminən 28,5 min COVID-19 xəstəsi ölüb. Mart ayının ortalarında ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə yüksək hazırlıq rejimi tətbiq edilib. Bu tədbir ölkə daxilində sakinlərin hərəkətini məhdudlaşdırmağa imkan verib. Rejim iyunun 21-də başa çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}