Amerika vaksini Ukraynada 5 nəfəri öldürüb?

 

Ukraynanın Xarkov vilayətində Amerika Birləşmiş Ştatları (ABŞ) virusoloqlarının rəhbərliyi altında koronavrus əleyhinə hansısa «innovasiya vaksini»nin sınaqları nəticəsində 5 nəfər ölüb.

Bu barədə tanınmamış «Luqansk xalq respublikası» Xalq milisinin mətbuat xidmətinin nümayəndəsi Aleksandr Mazeykin bəyan edib. Onun sözlərinə görə, ölənlərin 4 nəfəri Ukrayna hərbçisi, biri isə mülki şəxsdir.

Mazeykin danışıb ki, sözügedən vaksinin sınağı üçün Xarkov vilayətində 15 namizəd təsdiqlənib, o cümlədən, Ukrayna silahlı qüvvələrinin koronavirusla xəstələnmiş 10 döyüşçüsü.

Tədqiqat zamanı 8 nəfərin vziyyəti pisləşib və onlar təxirəsalınmaz kömək şöbəsinə köçürülüblər. Üç nəfərin həyatı isə ciyərlərin süni ventilyasiyası aparatı ilə dəstəklənib.

«Pasiyentlərin həyatı uğrunda mübarizə aparan təxirəsalınmaz kömək şöbəsinin həkimləri onlara lazımi kömək göstərə bilməyiblər, belə ki, onlar insanların bədəninə yeridilmiş maddənin tərkibi barədə informasiyaya malik olmayıblar. Nəticədə, pasiyentlərin beşi, o cümlədən, 4 hərbçi iynənin doğurduğu ağırlaşmadan keçinib» - deyə, «LİS» agentliyi mətbuat xidmətindən sitat gətirir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}