Tramp: “COVID-19 vaksininin pulsuz yayılması istisna deyil”

 

ABŞ prezidenti Donald Tramp koronavirus əleyhinə vaksinin hazırlanmasından danışıb.

Bu barədə Şəffaflıq.az “Fox”a istinadən xəbər verir.

Məlumata görə, dövlət rəhbəri qeyd edib ki, ABŞ administrasiyası gələcəkdə koronavirus vaksininin pulsuz yayılması imkanını istisna etmir.


"Biz əslində bunu araşdırırıq", - Donald Tramp vurğulayıb.

O həmçinin ABŞ alimlərinin ən yaxın müddətdə xəstəlik əleyhinə vaksini hazırlamağa müvəffəq olacaqları barədə fikrini ifadə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}