Almaniyalı ekspert Ermənistanı təcavüzkar dövlət hesab edir


 

Almaniya mətbuatında beynəlxalq münasibətlər üzrə ekspert Matias Volfun “Dezinformasiyadan və qurban rolundan təcavüzə: Ermənistan və onun Dağlıq Qarabağda Azərbaycana qarşı təcavüzü” sərlövhəli məqaləsi dərc edilib (https://masimovasif.net/zwischen-desinformation-und-opferrolle-zu-den-aggressionen-armeniens-gegen-aserbaidschan-in-bergkarabach/).

Şəffaflıq.az xəbər verir ki, müəllif xristianlığın zorakılıqdan imtina edilməsi və yaxınlarına sevgi haqqında postulatına Ermənistan tərəfindən praktikada necə əməl olunmasına istehza edir.

“Maraqlıdır ki, özünün xristian olması ilə həmişə öyünən Ermənistan Azərbaycan ilə münaqişədə özünü çox primitiv aparır və zorakılığa əl atır”, - deyən müəllif Azərbaycanın ərazi bütövlüyünün Almaniya və beynəlxalq birlik tərəfindən dəstəklənməsinə diqqəti cəlb edir və bir sıra KİV-lərin bəzi hallarda bu münaqişəni düşünülməmiş işıqlandırmasına görə təəssüfləndiyini bildirir. 


M.Volf yazır: “Faktları azacıq yoxlayan hər kəs bu qənaətə gəlir ki, beynəlxalq birlik Qarabağın Azərbaycana mənsub olmasını 1991-ci ildən etiraf edir”.

Müəllif bu münaqişəni şərh etməyə hazırlaşan hər kəsin faktları öyrənməsini, öz məlumat səviyyəsini artırmasını məsləhət görür. 


Ekspert vurğulayır: “Bir məsələ aydındır: Ermənistanın davranışına nə ad istəsəniz vermək olar, bircə “xristian humanizmi”ndən başqa. Əksinə, səngiməyən hücumlar bu ölkənin təcavüzkar olduğunu göstərir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}