Azərbaycan İran mətbuatında: Dağlıq Qarabağ ətrafı rayonlar azad ediləcəkmi - qeyri-müəyyənlik

 

Ermənistan mediası bundan sonra Azərbaycanla aparılan sülh danışıqlarının detallarının gizli saxlanacağını yazır.

Şəffaflıq.az Ovqat.com-a istinadla xəbər verir ki, bu barədə İranın yarırəsmi mətbu orqanı “ANAJ” yazır.

Məlumata görə, Azərbaycanda bəzi dairələr bunu ermənilərin işğal altındakı rayonları azad etməyə hazırlaşmaları kimi şərh edir: “Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayondan 5-nin Azərbaycana qaytarılması təşəbbüsü bir neçə il əvvəl irəli sürülüb. Ermənistan və Azərbaycan prezidentlərinin 2016-cı ildə baş tutmuş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə zonasında status-kvonun dəyişməsinin vacibliyini bəyan etmişdilər. Status-kvonun dəyişməsi dedikdə, ilk addım kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin tədricən azad olunması, yəni münaqişənin mərhələli şəkildə həlli nəzərdə tutulurdu.

Lakin müəyyən müddət keçdikdən sonra Azərbaycanda bəzi siyasətçilər bu ideyanın vaxt uzatmaqçün ortaya atıldığını düşünməyə başlamışdı. Onlar hesab edirdilər ki, əslində, Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmaq fikrində deyil. Amma son aylarda mövzu yenidən gündəmə gəlib. Hətta bəzi məlumatlara görə, Yerevan işğal olunmuş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması üçün “DQR” rəhbərliyinə təzyiq belə, göstərir. Azərbaycanlı ekspertlər bu haqda deyilənləri fərqli şərh edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}