İtaliyada son 105 günün virusdan ən az ölüm göstəricisi qeydə alındı

 

Avropada koronavirusla bağlı vəziyyət xeyli yaxşılaşıb. Ölkələr bir-birinin ardınca sərhədləri açır.


Uzağı bir ay əvvəl insanlarının fəryad etdiyi İtaliyadan, İspaniyadan yalnız yaxşı xəbərlər gəlir.

Şəffaflıq.az xəbər verir ki, İtaliyada son 105 günün virusdan ən az ölüm göstəricisi qeydə alınıb. Son sutka ərzində infeksiyadan cəmi 26 nəfər həyatını itirib. Axırıncı dəfə martın 2-də daha aşağı göstəricisi görünmüşdü. Həmin gün virus 11 nəfərin həyatına son qoymuşdu.


İtaliyada virusa yoluxanların sayı da xeyli azalıb. Düzdür, burada sabitlik yoxdur, amma günlərdir 400 həddi aşılmır. Son sutka ərzində cəmi 301 nəfərdə infeksiya aşkar olunub.


İndiyə qədər İtaliyada 237 min 290 nəfərin virus testi müsbət nəticə verib. Pasiyentlərin 34 min 371 nəfəri həyatını itirib. İtaliya Səhiyyə Nazirliyi 177 mindən çox xəstənin sağaldığını açıqlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}