Ermənistanda koronavirusa yoluxanların sayı 17 mini ötdü

 

Ermənistanda daha 397 nəfərdə koronavirus aşkarlanıb.

Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 17 064-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 285-ə çatıb. İndiyədək 6 276 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 409 aktiv koronavirus xəstəsi var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}