ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”

 

ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünya ölkələri arasında birinci yeri tutur. Buna baxmayaraq, dövlət başçısı Donald Tramp çox nikbindir.


Şəffaflıq.az xəbər verir ki, Tramp virusun sonunun yaxınlaşdığını elan edib. Onun fikrincə, sanitar məhdudlaşmanı aradan qaldırmağın vaxtı çatıb.

“Biz əvvəlki vəziyyətimizə qayıdacağıq. Ölkəni açırıq...”, - Tramp belə deyib.

ABŞ prezidenti hələ apreldə belə iddilı açıqlamalar verirdi. O, aprelin 12-nə qədər normal həyata qayıtmaq istəyini bildirmişdi.

Amerikanın baş cərrahı Ceron Adams prezident qədər nikbin deyil. O isə hesab edir ki, qaradərili Corc Froydun öldürülməsinə görə etirazlar virusa yoluxma sayını artıra bilər.

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşıb. 110 mindən çox amerikalı infeksiyaya görə həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}