Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 900 mini ötdü

 

Dünyada koronavirus qurbanlarının sayı 320 mini ötüb.

Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilib ki, pandemiya ərzində COVID-19 infeksiyasının qeydə alındığı ölkələrdə virusdan ölənlərin ümumi sayı 320 313 nəfər təşkil edir.


Bundan başqa, dünyada ümumilikdə 4 904 299 insan koronavirusla bağlı analizlərin müsbət nəticəsini alıb, COVID-19-a yoluxmuş 1 915 386 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}