İsveçrədə gündəlik həyat öz axarına dönməyə başlayır

 

Koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan etibarən sosial-iqtisadi həyatı minimuma endirən İsveçrədə həyat yenidən canlanmağa başlayıb. Hökumətin fövqəladə vəziyyətdən mərhələli şəkildə çıxmaq üçün hazırladığı planın ilk mərhələsinin tətbiqinə başlanılıb.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu həftənin əvvəlindən başlayaraq artıq bərbərxanalar, gözəllik və kosmetik salonları, gül dükanları, tikinti və bağ ləvazimatları mağazaları qapılarını müştərilərə açıblar.

Üçmərhələli planın növbəti addımı kimi digər ticarət obyektləri və məktəblər fəaliyyətə başlayacaqlar. İyunun 8-dən başlayan üçüncü mərhələdə isə ali təhsil ocaqları və mədəni-kütləvi tədbir məkanları fəaliyyətlərini bərpa edəcəklər.

İsveçrə Federal Səhiyyə Agentliyinin təmsilçisi Daniel Kox bildirib ki, əgər əhali gigiyena qaydalarına ciddi şəkildə əməl etsə, İsveçrə bu yay yenidən normal həyata geri dönə biləcək.

Qeyd edilməlidir ki, hazırda İsveçrədə koronavirus infeksiyasına yoluxanların sayı 29264 nəfərdir, ölənlərin sayı isə 1380 nəfərə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}