ABŞ ordusu Hörmüzdə altı gəminin kursunu dəyişməyə məcbur edib
İranın dəniz blokadasının iyulun 13-də bərpasından sonra ABŞ hərbçiləri Hörmüz boğazında altı gəmini kursunu dəyişməyə məcbur edib, daha bir gəmi isə sıradan çıxarılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, Hörmüz boğazında gəmiçiliyə nəzarəti və İran limanlarına tətbiq edilən dəniz blokadasının icrasını ABŞ Hərbi Dəniz Qüvvələrinin USS John Finn esminesi təmin edir.
Xəbəri paylaş
Facebook-da paylaş








