Böyük Britaniya Rusiyaya qarşı sanksiyalarını 10 mövqe üzrə genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını 10 mövqe üzrə genişləndirib. Şəffaflıq.az-ın Britaniya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin məlumatında bildirilib. Britaniya kibertəhlükəsizlik məsələləri ilə bağlı sanksiya siyahısına 14 yeni ad daxil edib. Sanksiyalar, həmçinin Londona qarşı kiberəməliyyatlarda əli olduğu iddia edilən Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarına, eləcə də "Rıbar" hərbi-analitik mərkəzinin əməkdaşlarına qarşı tətbiq edilib.
Xəbəri paylaş
Facebook-da paylaş








