Sabah Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı parlamentin spikeri Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib. Sədr iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib. Xatırladaq ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Buna görə də iyulun 14-ü keçiriləcək iclas sessiya üzrə sonuncudur. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








