ABŞ-nin Bəhreyn və Küveytdəki bazaları atəşə tutulub
İran ordusu ABŞ-nin hava hücumlarına cavab olaraq Birləşmiş Ştatların Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, Bəhreyndə hava hücumu xəbərdarlığı elan edilib və hərbi bazalardan birinə raket atılıb. Hücum barədə məlumatı Bəhreynin Daxili İşlər Nazirliyi təsdiqləyib. "İnsanların yaxınlıqdakı sığınacaqlara yerləşdirilməsi tövsiyə olunub", - məlumatda bildirilib. ABŞ-nin Küveytdəki hərbi bazasında da partlayışın baş verdiyi barədə məlumat yayılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








