"Brügge" klubunun hücumçusu Xristos Tzolis "Arsenal"a keçə bilər
Belçikanın "Brügge" klubunun hücumçusu Xristos Tzolis "Arsenal"a (İngiltərə) keçə bilər. Şəffaflıq.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Topçular" bu yay London klubuna keçməkdə maraqlı olan 24 yaşlı yunan futbolçunun əhatəsi ilə əlaqə saxlamaqda davam edir. "Arsenal" ona Türkiyənin "Beşiktaş" klubunun fəal şəkildə maraqlandığı Leandro Trossardın potensial əvəzləyicisi kimi baxır. Qeyd edək ki, Xristos Tzolisin "Brügge" ilə 2029-cu ilədək qüvvədə olan müqaviləsi var. "Transfermarkt" portalı oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 52 matçda 22 qol vurub və 29 məhsuldar ötürmə edib.
Xəbəri paylaş
Facebook-da paylaş








