Nijnekamskda PUA hücumu səbəbindən bir neçə müəssisə zərər görüb
Bu gün Tatarıstanın Zakamsk regionuna pilotsuz uçuş aparatılarının (PUA) kütləvi hücumu nəticəsində Nijnekamskın bir neçə müəssisəsinə ziyan dəyib. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə respublika rəhbərinin mətbuat xidməti məlumat yayıb. "Bu gün düşmən PUA-larının respublikanın Zakamsk bölgəsinə kütləvi hücumu nəticəsində Nijnekamskın ayrı-ayrı müəssisələrinə ziyan dəyib. Xüsusi xidmət orqanları hadisə yerində fəsadları aradan qaldırırlar. Bəzi yerlərdə xəsarət alanlar var. Onlara bütün lazımi tibbi yardım göstərilib", - məlumatda bildirilib. Bundan əlavə, respublikanın Tukayev rayonunda fərdi yaşayış evi hücuma məruz qalıb, nəticədə iki nəfər xəsarət alıb.
Facebook-da paylaş








