Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir


Avropa İttifaqının (Aİ) iki ölkəsi yay mövsümünün başlanmasından cəmi bir ay keçməsinə baxmayaraq, meşə yanğınları ilə əlaqədar Avropa mülki müdafiə mexanizmi vasitəsilə artıq yardım üçün müraciət edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə iyulun 6-da Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Eva Hrncirova bildirib.

Onun sözlərinə görə, ötən həftəsonu Portuqaliya və Fransa eyni vaxtda bir neçə böyük yanğınla üzləşdikləri üçün Aİ-nin Mülki Müdafiə Mexanizmini vasitəsilə yardım üçün müraciət ediblər.

Portuqaliyaya dəstək məqsədilə İspaniya bir neçə saat ərzində yanğınsöndürənlər və texnika göndərib, daha sonra isə söndürmə işlərinə İtaliya və İspaniyadan olan Avropanın "rescEU" ehtiyatının təyyarələri qoşulub.

Fransa üçün Avropa İttifaqı İsveç və Kiprdən dörd yanğınsöndürən təyyarəni səfərbər edib, onlar çərşənbə axşamı Perpinyan ərazisində söndürmə işlərinə başlamalıdırlar.

Avropa Komissiyasının məlumatına görə, bu yay Aİ meşə yanğınları zamanı ölkələrə kömək etmək üçün əvvəlcədən rekord sayda - 777 yanğınsöndürən yerləşdirib, həmçinin mümkün əməliyyatlar üçün 22 təyyarə və beş helikopter hazırlayıb.

"Bir üzv ölkə təzyiqə məruz qaldıqda, Avropa birlikdə cavab verir", - Hrncirova deyib və baş verənləri Avropa həmrəyliyinin nümunəsi adlandırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}