Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının beynəlxalq taktiki-uçuş təlimi başa çatıb
Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı – 2026" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təlimdə Azərbaycanı təmsil edən Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb. Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








