Ermənistan Pakistanda ilk səfirini təyin edib


Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Karen Qriqoryanın ölkənin Pakistandakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb. Bununla da, o, Ermənistanın Pakistandakı ilk səfiri olacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan eyni zamanda Pakistanda səfir (iqamətgahı Əbu-Dabidə olmaqla) təyin edilir", - fərmanda bildirilib.

Qeyd edək ki, Ermənistan və Pakistan 2025-ci il avqustun 31-i rəsmi olaraq diplomatik münasibətlər qurublar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}