Türkiyədə sakinlərin dəstəyilə qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib
Türkiyənin Ərzurum şəhərində bir neçə qanunsuz miqrant saxlanılıb. Bu barədə Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir. Qeyd edilir ki, vilayətin Polis İdarəsinin Miqrant Qaçaqçılığına qarşı mübarizə şöbəsinin əməkdaşları şəhər daxilində miqrant qaçaqmalçılığının qarşısını almaq üçün əməliyyatları davam etdirir. Bu istiqamətdə görülən tədbirlərin bir hissəsi olaraq, Kurtuluş məhəlləsində bəzi mağazaların damlarında və tərk edilmiş binalarda miqrantların olması barədə məlumat aldıqdan sonra əməliyyata başlanılıb. Əməliyyatlar zamanı mağazaların damlarında və tərk edilmiş binalarda 10 qanunsuz miqrant saxlanılıb. Vətəndaşların dəstəyi ilə saxlanılan miqrantlar polis bölməsinə aparılıblar. Onların hansı ölkənin vətəndaşları olmaları açıqlanmır.
Facebook-da paylaş








