Türkiyədə 50 nəfər toy mərasimində qidadan zəhərlənib


Türkiyənin Çorum vilayətinin eyniadlı şəhərində onlarla insan qidadan zəhərlənib.

Bu barədə Şəffaflıq.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, hadisə şəhər mərkəzindəki bir toy mərasimində baş verib. Mərasimdə iştirak edən çoxsaylı qonaqlar qidadan xəstələniblər. Ürəkbulanma, qusma və qarın ağrısı əlamətlərinin müşahidə olunduğu qonaqlar xəstəxanalara çatdırılıblar.

Qeyd edilir ki, xəstəxanalara aralarında uşaqlar da olmaqla, ümumilikdə 50 nəfər müraciət edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}