Bolqarıstan Parlamenti Rumen Radevin Baş nazir postuna namizədliyini təsdiqləyib
Növbədənkənar parlament seçkilərində qalib gələn "Proqressiv Bolqarıstan" koalisiyasının lideri Rumen Radev Bolqarıstanın Baş naziri seçilib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, iclasın yayımı ölkənin Xalq Məclisinin saytında aparılıb. Ölkənin sabiq prezidentinin lehinə "Proqressiv Bolqarıstan" koalisiyasını təmsil edən 124 deputat səs verib. "Bolqarıstanın Avropanın İnkişafı uğrunda Vətəndaşlar" partiyasının Demokratik Qüvvələr İttifaqı ilə blokundan olan 36 deputat bitərəf qalıb. "Dəyişiklikləri davam etdiririk", "Hüquq və Azadlıqlar Hərəkatı" və "Dirçəliş" partiyalarının, həmçinin "Demokratik Bolqarıstan" koalisiyasının 70 nümayəndəsi əleyhinə səs verib.
Xəbəri paylaş
Facebook-da paylaş








