Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb
Sumqayıt şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birinin yaxınlığında silah-sursat aşkarlanıb. Şəffaflıq.az xəbər verir ki, ərazidən 1 ədəd "AK" markalı avtomat, həmin silaha aid sandıqça və 23 ədəd patron aşkar olunub. Aşkarlanan silah-sursat aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








