Əsas Səhifə > Hadisə > Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb


23-06-2026, 13:51


Sumqayıt şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birinin yaxınlığında silah-sursat aşkarlanıb.

Şəffaflıq.az xəbər verir ki, ərazidən 1 ədəd "AK" markalı avtomat, həmin silaha aid sandıqça və 23 ədəd patron aşkar olunub.

Aşkarlanan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt