Türkanda avtomobil piyadanı vuraraq öldürüb
Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi "BYD" markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olan zaman piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








