Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma olub


Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

"Bu gün səhər tezdən Günəşin şərq kənarında əsas M5.1 məşəli qeydə alınıb. Hadisənin intensivliyi ən yüksək X bal həddinin təxminən 50%-i olub. Maksimal emissiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb", - məlumatda deyilir.

Mütəxəssislərin fikrincə, alışma aktivliyinin gözlənilən pik nöqtəsi Yeni il bayramları zamanı baş verə bilər. Bununla belə, Yeni il ərəfəsində maqnit qasırğalarının və parlaq auroraların yaranma ehtimalı hazırda aktiv regionların Günəş-Yer xəttindən əhəmiyyətli məsafədə olması səbəbindən aşağı hesab olunur.

Günəş alışmaları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}