MSK Anar Əsədli ilə bağlı qərar verdi - FOTO

 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əsədli Anar Əsəd oğlunun müraciətinə baxılıb.
Şəffaflıq.az xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib:
“Bildirmək istəyirəm ki, daha əvvəl Nazim Azadoğlu və Faiq Kərimovun müraciəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib. 48 və 50 saylı məntəqələrin də nəticələri ləğv edilməli, şikayət qismən təmin edilməlidir”.Metbuat.az
Təklif səsverməyə çıxarılaraq qəbul edilib.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}