Paytaxtda və regionlarda ağac kəsintisi faktları qeydə alınır – ETSN

 

"Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır".

Şəffaflıq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və  bu işdə müsbət başlanğıcdır: "Etiraf edək ki, yenə də istər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur. Sevindiricidir ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır,  bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, Nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdırır".

İ. İbrahimovanın sözlərinə görə, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, müxtəlif infrastruktur layihələri icra olunur: "Təbiidir ki, bu işlərin görülməsi zamanı yaşıllıqların  köçürülməsi və götürülməsinə də zərurət yaranır. Bəzən də yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir".





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}